9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Havaların isti keçməsi və bəzi meydançaların bərbad vəziyyəti...”

İLQAR QURBANOV PREMYER LİQANIN İLK 2 TURUNU DƏYƏRLƏNDİRDİ

“İlk 2 turdan sonra turnir cədvəli barədə nəsə demək düzgün deyil. Havaların isti keçməyi futbolçulara ciddi təsir göstərir. Bəzi meydançaların bərbad vəziyyətdə olması da əsas təsir göstərən amillərdəndir. Nəticələr isə ilk 2 tura görə normaldır”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA-nın skautu İlqar Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının ilk 2 turunu dəyərləndirən veteran futbolçu ötən mövsümün medalçıları ilə yanaşı, “Zirə”nin çempionata yaxşı başladığını bildirib: "Qarabağ" və "Sabah" bu mövsüm üçün daha iddialı görünür. "Neftçi" də yeni rəhbərlik, yeni baş məşqçi ilə iddiasını ortaya qoyub. "Zirə" çempionata yaxşı, iddialı başlayıb. "Qəbələ" çoxlu transfer etsə də, hələ komanda şəklində özlərini göstərə bilmirlər. Çempionatımıza transfer edilən yaxşı legionerlər hələ ki azdır. Bəlkə də özlərini hələ tam tərəfdən göstərə bilmirlər. 3-4 həftə sonra bu barədə daha dəqiq fikir bildirmək olar”.

İ.Qurbanov qeyd edib ki, bəzi klublar tez-tələsik transferlər edirlər:  “Legioner məsələsi bir qədər spesifik məsələdir. Bizdə çempionat qurtarandan sonra bilmək olmur ki, klubların vəziyyəti necə olacaq. Ona görə də bəzən tez-tələsik transferlər edilir ki, onların da əksəriyyəti uğursuz olur”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30