9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Neftçi"də zədəli futbolçuların son durumu

"Neftçi"nin zədəli futbolçuları Ömər Buludov, Azər Əliyev, Eddi İsrafilovun son durumları müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Neftçi"nin baş hakimi Şaiq Zöhrablı klubun telekanalına açıqlama verib: 
 
"Komandanın futbolçularından Ömər Buludovun ölkə çempionatında "Kəpəz"ə qarşı matçda budun arxa qrup əzələlərində 2-ci dərəcəli dartılma olub. Hazırda müalicələr davam edir. 1-ci gündən yüngül hərəkətlərə başlanılması planlaşdırılır. Digər futbolçumuz Azər Əliyevin oyun zamanı mil sümüyündə çıxıq olduğu aşkarlanmışdı. Sonradan müalicələr davam etdirilirdi. Gips sarğısı fiksasiya olundu. Hal-hazırda fiksasiyadan azad edilib. Komanda ilə yüngül hərəkətlərə başlayıb. Demək olar ki,  məşqin müəyyən bir hissəsində iştirak edir. Eddi İsrafilovun diz oynağındakı vəziyyətlə əlaqədar müalicələr fonunda məşqlərə qoşulur. Yenə də nəzarəti bizdədir. Amma ağrılar imkan verməsə və ya təkrarlansa, əməliyyat planlaşdırıla bilər".
 
Qeyd edək ki, "Neftçi" avqustun 17-i Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Beşiktaş"ın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30