9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Musa Qurbanlı: “Atam mənim üçün nümunədir”

“Atam mənim üçün nümunədir”.
 
Futbolxeber.az-ın məlumatına görə, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “expressen.se” saytına müsahibəsində atası Qurban Qurbanov barədə danışarkən deyib.
 
21 yaşlı hücumçu 15 ildir “Qarabağ”a rəhbərlik edən atasının Azərbaycanda çox sevildiyini bildirib: “Atam təkcə mənim üçün deyil, ölkəmizdəki digər gənc futbolçular üçün də örnəkdir. Təkcə futbol uğurlarına görə yox, həm də şəxsiyyətinə, xarakterinə görə. O, ölkəmiz və futbolumuz üçün çox şey edib. Uşaqlıqdan mənə hər şeyi öyrədib. Atam mənim üçün, demək olar ki, hər şey deməkdir”.
 
Azərbaycan millisinin üzvü “Yurqorden”in baş məşqçiləri Kim Berqstrand və Tomas Laqerlöfün haqqında da müsbət fikirlər səsləndirib: “Cəmi bir aydır burada olmağıma baxmayaraq, deyə bilərəm ki, yaxşı məşqçilər korpusumuz var, onların fəlsəfəsini bəyənirəm. Topun bizdə qalmasını və hücumların kəsərini artırmağımızı istəyirlər, yüksək təzyiq göstərirlər. Mən də belə futbol oynamağı xoşlayıram”.
 
M.Qurbanlı yay fasiləsində “Qarabağ”ı Stokholm klubuna dəyişməsinin səbəbini də izah edib: “Gənc futbolçuyam, peşəkar karyerama yeni başlamışam. Yayda böyük liqalarda oynayan komandalar mənimlə maraqlanırdılar. Amma hiss etdim ki, ilk addımı atmaq baxımından “Yurqorden” daha yaxşıdır. Avropaya uyğunlaşmalı və daha çox təcrübə toplamalıyam”.
 
O, Azərbaycan və İsveç çempionatlarını da müqayisə edib: “İsveç çempionatı kifayət qədər güclüdür. Əvvəllər “Qarabağ”da oynamışam, yaxşı komandadır. Amma çempionat olaraq İsveç Allsvenskanı Azərbaycan Premyer Liqasından güclüdür. Bütün matçlar çətin keçir. Turnir cədvəlinin aşağı pillələrindəki komandalar da favoritlərə qarşı uğurlu çıxış edirlər”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30