9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

HİK-in baş məşqçisi: “Hələ heç nə həll olunmayıb”

HİK-in baş məşqçisi Toni Korkeakunnas Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis matça passiv başladıqlarını bildirib:

“Matça ehtiyatlı başladıq və ilk dəqiqələrdə passiv idik. Lakin vəziyyəti olduqca tez düzəldə bildik. Xüsusilə ikinci hissədə oyuna yaxşı qoşulduq. Vaxt keçdikcə cəsarətimiz artdı və rəqibin təzyiqini qıra bildik. Daha yaxşı nəticə qazana bilərdik. Sadəcə, sonadək dözə bilmədik. Rəqibin vurduğu hər iki qol zamanı sanki yuxuladıq. "Qarabağ" kimi komandalar isə ani diqqətsizlikdən çox yaxşı istifadə edirlər".

O, cavab matçı üçün ümidli danışıb: "Bugünkü oyunumuz mənə gördüyümüz işləri davam etdirə biləcəyimizə daha çox inam verdi. İddiamız artır və hər dəfə bunun əlamətləri daha çox görünür. Oyunumuz istədiyimiz səviyyəyə çatmağa başlayır. Hələ heç nə həll olunmayıb".

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də Helsinkidə olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30