9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Adrian Mutu: “İstanbula qələbə üçün gedəcəyik”

"Çətin qarşılaşma oldu. Güclü rəqibə qarşı çıxış edirdik. Sona qədər oyunda qalmaq üçün çalışdıq. İlk hissədə "Beşiktaş" bizdən üstün idi. İkinci yarıda biz daha yaxşı oynadıq, rəqib qapısı önündə çox qol epizodu yaratdıq. Bir az bəxtimiz gətirsəydi, ikinci qolu da vurmuş olardıq. Buraxdığımız üçüncü qolu "Beşiktaş"a hədiyyə etdik. Hamı gördü ki, Ervin Koffinin səhvi oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu UEFA Konfrans Liqasında “Beşiktaş”a 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Rumın mütəxəssis start heyətində səhvə yol verməsi fikri ilə razılaşmayıb: “Deməzdim ki, start heyətində yanılmışdım. Əlimdəki oyunçulara uyğun heyət qurmuşdum. Aaron Olanare dünən qoşulub komandaya və meydana çıxdı. Ervin Koffi zədəli oldu, son üç gündür ki, bizimlə məşq edir. Eddi İsrafilov, Ömər Buludov zədəlidir. Əlimdə olan oyunçulardan kim daha yaxşı formadaydısa, onlara şans verməyə çalışdım. Bu cür rəqiblərə qarşı oynayanda, daha çox qaçmalı olursan ki, oyundan qopmayasan. Məqsədlərimizdən biri də o idi ki, yeni oyunçuları ikinci hissədə meydana buraxım. Ən yaxşı məşq oyundur”.

Səfər matçında nəyəsə ümid etmələri barədə sualı Mutu belə cavablandırıb: “Cavab oyununa bir həftə var. İndidən nəsə demək çətindir. Yeni komanda formalaşdırırırıq. Bu gün gördüyünüz heyət qurmaq istədiyim komandanın 30 faizidir. Çalışırıq ki, oyunçular transfer edək. Gələnləri də yaxşı fiziki duruma çatdıraq.m Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq komandaya ziyan da verə bilər. Oyunçuların zədələnmək ehtimalı olur. Bizim üçün İstanbuldakı matç çox vacibdir. İstanbula qələbə üçün gedəcəyik”.

“Neftçi”nin çalışdırıcısı stadionda "Beşiktaş"ı dəstəkləyən azarkeşlər çox olmasına belə münasibət bildirib: “Beşiktaş” azarkeşlərini deyil, "Neftçi" azarkeşlərini eşidirdim. İkinci hissədə oyunçularımın çıxışı çox xoşum gəldi, sona qədər oynadılar, mübarizə apardılar, razı qaldım”.

O, Azər Salahlının ilk yarıda çox səhvlərə yol verməsi fikri ilə razılaşıb: “Düzgün vurğuladız, rəqib sol cinahdan hücumlar edirdi. Biz də bunu görüb dəyişiklik etdik. Bu da komandanın xeyrinə oldu. Kenni həmin mövqedə çox yaxşı çıxış etdi. Emini də məcburən daha arxaya çəkməli olduq ki, keyfiyyətindən istifadə edək. Fərid Yusifli də ilk hissə pis oynamadı, hələ gəncdir, təcrübəsizdir. Ola bilsin ki, oyunboyu emosiyalara qapılmışdı. Olanareni oyuna buraxmaqla bir az riskə də getdim. Amma o mövqeyə elə oyunçu lazım idi ki, gələn topları saxlasın, itirməyək. Hər zaman qələbə qazanmaq istəyirəm. İstəməzdim ki, uduzaq. Ancaq qarşıdakı matçları da düşünməliyik. Qarşımıza böyük məqsədlər qoyulub. İndi fikirləşmək lazımdır ki, qarşıdakı oyunlara necə hazırlaşaq”.

A.Mutu müdafiədəki səhvlərdən də söz açıb: “Üçüncü qol haqda danışmalı deyilik. Bu səhvi hamı gördü. Deyim ki, futbolçular bütün oyun boyu səhvsiz oynayacaq, düz olmaz. Çünki qarşımızda "Beşiktaş" kimi rəqib var idi. Bəzən elə məqamlar var ki, qarşıdankı rəqibin gücünü qəbul etməlisən. Bu axşam qolları analiz edəcəm. Müdafiədə boşluqlar verdik, onların üzərində işləyəcəyik. Rəqib onlardan istifadə edib fərqləndi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30