9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AFFA-da I və II Liqa klublarının nümayəndələri ilə görüş keçirilib

AFFA-nın inzibati binasında I və II Liqa klublarının nümayəndələri ilə görüş keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün baş tutan tədbirdə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov cari mövsümdən tətbiq olunacaq yeniliklər barədə məlumat verib.
 
Qurum rəsmisi idman prinsiplərinə əməl etməyin vacibliyi, turnirlərin keçirilmə qaydaları, infrastruktur kimi məsələləri xüsusi vurğulayıb.
 
Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, həmçinin, eyni şöbənin baş mütəxəssisi Elvin Yaqubov klublara yarışların elektron sistemi – “PFL baza” haqqında müfəssəl məlumat veriblər.
 
Ardınca AFFA-nın qeydiyyat və statistika şöbəsinin baş mütəxəssisi Eldar Məmmədov futbolçuların qeydiyyatı zamanı nəzərə alınmalı olan məqamları vurğulayıb.
 
İki saata yaxın davam edən görüş klub nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30