9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Murad Musayev azarkeşlərə səsləndi

"Sabah" klubunun baş məşqçisi Murad Musayev azarkeşlərə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı mütəxəssis tərəfdarları Bakıda Serbiya "Partizan"ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda komandasına dəstək olmağa çağırıb.

"Hörmətli azarkeşlər. Bir neçə ildir eyni arzu ilə yaşayırdıq - avrokuboklara vəsiqə qazanmaq. Klubun hər bir əməkdaşı ev oyunumuzu doğma meydanımızda keçirmək üçün böyük iş gördü. Sizin də dəstəyinizlə bundan öncə evdə keçirdiyimiz çətin matçda geridönüş edərək tarixi qələbə qazandıq. Biz bunun öhdəsindən gələ bildik. Qarşılığında əldə etdiklərimiz isə tamamilə qiymətsizdir. Dəstəyiniz möhtəşəm idi. İndi bizi doğma meydanda "Partizan"a qarşı daha bir tarixi oyun gözləyir. Dəstəyiniz böyük təsirə malikdir. Gəlin, "Sabah"a dəstək olun. Yolunuzu gözləyirik", - 40 yaşlı çalışdırıcı deyib.

Qeyd edək ki, avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30