9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

UEFA reytinqi: “Neftçi” irəlilədi, “Qarabağ” və “Qəbələ” gerilədi

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, avrokuboklarda II təsnifat mərhələsinin oyunları yerdəyişmələrə səbəb olub.
 
Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II raundunda Polşa komandası “Rakuv”a iki görüşün cəmində uduzması geriləməsi ilə nəticələnib. Bir pillə geriləyən Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər. “Qarabağ” reytinqdə “Monako” (Fransa), “Fənərbağça” (Türkiyə), “Lester” (İngiltərə), “Fiorentina” (İtaliya), “Borussiya” (Münhenqladbax, Almaniya), “Nyukasl” (İngiltərə), “Aston Villa” (İngiltərə), “Valensiya” (İspaniya) kimi tanınmış klubları geridə qoyub.
 
“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 3 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivində 2 pilləlik irəliləmə müşahidə edilib.
 
“Qarabağ” kimi, “Qəbələ” də reytinqdə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 268-cidir.
 
Azərbaycan çempionatının digər iştirakçılarından “Sumqayıt”, “Şamaxı” (hər ikisi 2,500), “Sabah” (2,000), “Zirə” (1,500) və “Səbail” (1,000) reytinqdə “300-lük”dən kənardadırlar.
 
“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər.
 
Türkiyənin ən reytinqli komandası “Başakşehir”dir. İstanbul klubu 29.000 əmsalla 53-cü pillədə qərarlaşıb. “Qalatasaray” (26.000) 57-ci, “Fənərbağça” (24.000) 63-cü, “Sivasspor” (16.500) 89-cu yerdədirlər. “Trabzonspor” (11.500 xalla 112-ci), “Beşiktaş” (11.000 xalla 117-ci), “Adana Dəmirspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor” (hamısı 2.000 xalla 217-ci) ilk “100-lük”dən kənarda qalıblar.
 
Ukrayna “Şaxtyor”u keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Donetsklilər 57.000 xalla 22-ci yerdədirlər. Ukraynanın digər təmsilçisi Kiyev “Dinamo”su (26.000) 57-cidir. Bu sıralamada ilk “üçlüy”ü “Qarabağ” qapayır.
 
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (106.000) qapayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30