9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Kəpəz”dən yubiley qolunu vurub

“Kəpəz” Azərbaycan çempionatlarında yubiley qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, bu, Premyer Liqanın 2023/2024 mövsümünün I turunun oyununda baş verib.

Gəncədə “Neftçi”ni qəbul edən Azər Məmmədovun kollektivi Mate Kvirkviyanın penaltidən vurduğu yeganə top sayəsində 1:0 hesablı qələbə qazanıb. Gürcüstanlı yarımmüdafiəçi “Kəpəz”in öz meydanında ölkə çempionatlarında 600-cü qolunun müəllifi kimi tarixə düşüb.

Bununla da bölgə təmsilçisi evdə 600 dəfə fərqlənən üçüncü komanda olub. Yalnız “Qarabağ”la “Neftçi” rəqiblərini daha çox məyus edib.

Qeyd edək ki, “Kəpəz” həm evdə, həm də, ümumiyyətlə, ölkə çempionatlarında ilk qoluna 1992-ci il mayın 3-də imza atıb. “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədov tarixi qolun müəllifi olub (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30