9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rəşad Sadıqov: “Qarabağ”a qarşı oynamaq həmişə çətindi” (MÜSAHİBƏ)

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Futbolxeber.az saytına müsahibə verib.

- Artıq bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür. Komandanızın yay hazırlığını necə dəyərləndirirsiz?

- Hazırlıqlarımız yaxşı keçdi. Əvvəlcə Bakıda, sonra Türkiyədə təlim-məşq toplanışımız oldu. Şükür ki, hər şey qaydasındadı. Hazırlıq prosesi ilə bağlı bir narazılığım yoxdu.

- Transfer bazarında “Zirə” bir qədər passiv görünsə də, son 2-3 gündə ardıcıl 3 futbolçunun keçidini reallaşdırdınız...

- Bəli, son günlər 3 futbolçunu heyətimizə qata bildik. Bu, müsbət məqamdı. Çempionatda uğurlu çıxış etmək üçün heyətin komplektləşdirilməsi mütləqdi. İnanıram ki, yeni transferlərimiz komandaya faydalı olacaqlar.

- İlk turda çempionata qarşı oynayacaqsız. “Qarabağ”la matçdan gözləntiləriniz nədir?

- “Qarabağ”a qarşı oynamaq həmişə çətindi. Bizi çox maraqlı və gərgin oyun gözləyir. Rəqib güclüdü, lakin mövsümə uğurlu start vermək üçün əlimizdən gələni edəcəyik.

- “Qarabağ” Çempionlar Liqasında 2 oyunun nəticəsinə görə “Rakuv”a uduzdu. Bu nəticəni necə qiymətləndirirsiz?

- “Rakuv”u gözəl oynadı, ağıllı çıxış etdilər. Bakıdakı oyunda “Qarabağ” üstün tərəf idi. Qol epizodları da var idi. Lakin bundan faydala bilmədilər. Əvəzində isə rəqib heç nədən qol vurdu. Nə demək olar? Qismət deyilmiş.  

- Razısız ki, bugünkü “Qarabağ”da Rəşad Sadıqov kimi lider çatışmır?

- Belə deməzdim. “Qarabağ”ın lider oyunçuları var. “Rakuv”a qarşı da çox gözəl oynadılar. Sadəcə problem ondadır ki, “Rakuv” kimi komandaların oyun tərzi “Qarabağ”a uyğun gəlmir. Ağdam klubu sürətli futbolu sevir.

- “Rakuv”a məğlubiyyətdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klub rəhbərliyinə yönələn tənqidlərə münasibətiniz necədir?

- Açığı, bu barədə bilmirəm nə deyim. Təbii ki, məğlubiyyətdən sonra azarkeş hər zaman aqressiv olur. Lakin istər Qurban müəllimin, istərsə də “Qarabağ” rəhbərliyinin gördüyü iş göz önündədi. Onlar Azərbaycan futboluna çox xeyir veriblər. Rəhbərliyin və Qurban Qurbanovun birgə fəaliyyətin nəticəsində “Qarabağ” böyük uğurlara imza atıb. Hər nə qədər komanda “Rakuv”la mübarizədən məğlub ayrılsa da, bunları unutmaq olmaz. İnanıram ki, “Qarabağ” Avroliqada daha inamlı çıxışı ilə bu uğursuzluğu unutduracaq.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30