9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Ozobiç: “Hər iki oyunda “Jelezniçar”dan üstün idik”

“Vacib qələbə qazandıq. Düşünürəm ki, hər iki oyunda “Jelezniçar”dan daha üstün idik və layiqli şəkildə mərhələ adladıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin üzvü Filip Ozobiç UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Jelezniçar”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, sona yaxın müdafiəyə daha çox diqqət ayırmalarının səbəbini belə izah edib: “Təbii ki, hesabda öndəsənsə, rəqib daha çox təzyiq edir. Üstəlik, hava şəraitini də nəzəR almaq lazımdı. Düşünürəm ki, ümumi götürdükdə hər şey yaxşı idi”.

Xorvat əsilli futbolçu matçında gedişində ikinci qolun “Neftçi” üçün vacib olduğunu bildirib: “Təbii ki, fasilədən sonra ikinci qolu vurmaq istəyirdik. Çünki belədə işimiz daha asan olacaqdı. Çox sevinirəm ki, istəyimizə çatdıq və yolumuza davam edirik”.

Ozobiç “Jelezniçar”la matçlarda fərqli mövqedə oynamağın onun üçün problem olmadığını bildirib: “Hücumçu kimi oynanaq mənim üçün çətin deyil. Əsas odur ki, komandama fayda verə bilim. Bunun üçün əlimdən gələni edirəm”.

Təcrübəli yarımmüdafiəçi indidən “Beşiktaş” barədə düşünmədiklərini bildirib: “Beşiktaş” ilk oyundan sonra üstündü. Böyük ehtimalla, növbəti rəqibimiz onlar olacaq. Lakin indidən “Beşiktaş” barədə düşünmürük. Qarşıda bizi hələ ölkə çempionatının oyunu gözləyir”.

Filip Ozobiç Adrian Mutunun gəlişindən sonra “Neftçi”də nələrin dəyişməsi barədə sualı belə cavablandırıb: “Əhval-ruhiyyəmiz yaxşıdı. Oyun intizamı qaydasındadı. Məncə, daha yaxşı olduğumuz kənardan da görünür”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30