9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Üstünlük “Ravuk”un tərəfində olsa da, inanıram ki, “Qarabağ” mərhələ adlayacaq”

“Hazırda üstünlük “Rakuv” tərəfdədi. Çünki ilk oyunda qələbə qazanıblar. Amma inanıram ki, “Qarabağ” lazım olan nəticəni əldə edəcək mərhələ adlayacaq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri təcrübəli mütəxəssis Yaşar Vahabzadə deyib.

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” - “Rakuv” matçı barədə danışan gənclər millimizin və “Kəpəz”in sabiq baş məşqçisi Polşa çempionunun güclü rəqib olduğunu qeyd edib:

“Bugünkü oyun heç də asan olmayacaq. “Rakuv” güclü rəqibdi. Polşa çempionu yaxşı müdafiə olunmağı bacarır, nizam-intizamlı komandadı. Lakin unutmayaq ki, “Qarabağ” evdə oynayır, azarkeş dəstəyi olacaq. Üstəlik, “Qarabağ” hər mövsüm avrokubokların startında oyundan-oyuna artırır. Bütün bunları nəzərə alaraq, “Qarabağ”dan qələbə gözləyirəm. İnanıram ki, komanda yenə də uğurlu nəticə ilə hamımızı sevindirəcək”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30