9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Polşa millisinin keçmiş üzvü: “Qarabağ” evdə çox təhlükəlidir”

Polşa millisinin keçmiş futbolçusu Radovlas Kalujnı “Qarabağ” barədə fikirlərini bildirib.

Futbolxeber.az saytının “Onet” nəşrinə istinadən verdiyi məlumata görə, 49 yaşlı veteran Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Rakov” - “Qarabağ” oyununu (3:2) şərh edib.

O, bu zaman Ağdam komandasının oyunu barədə müsbət sözlər deyib:

“Qarabağ”ın bu qədər yaxşı oynayacağını gözləmirdim. Heyətində dəyişiklik olmasına baxmayaraq, komandanı bəyəndim. “Rakov” da yaxşı futbol nümayiş etdirdi, qorxmadı, bərabər səviyyədə oynadı. Buraxılan iki qola görə isə narahatam. Bunlar bizim üçün lazımsız, axmaq qollar idi. “Rakov” 2:0 hesabı ilə qalib gəlməli idi, amma alınmadı. İndi mən narahatam. Çünki “Qarabağ” evdə çox təhlükəlidir. Gizlədəcək bir şey yoxdur. Onlar hər kəsi öz meydanında, rəqibə fərq qoymadan məğlub edirlər. Ancaq möcüzə həmişə baş verə bilər. “Rakov”a uğurlar arzulayıram. Onlar güclənirlər. Yaxşı klub yaratmaq istəyirlər və buna görə pul xərcləyirlər.  “Qarabağ” kimi komandanı keçmək Polşa futbolu üçün yaxşı olardı”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30