9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Düşündüm ki, mənim üçün gözəl yer elə “Kəpəz”di”

“Azərbaycanda bir neçə klubdan təklif almışdım. Həmin klubların sırasında “Kəpəz” də var idi. Düşündüm ki, mənim üçün daha rahat, daha gözəl yer elə Gəncə klubudu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in yeni transferi Bəxtiyar Həsənalızadə deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən müdafiəçi Gəncədə yaxşı kollektiv qurulduğunu bildirib: “Komandada mehribançılıq var, yaxşı kollektiv qurulub. Çalışacam tez zamanda kollektivə uyğunlaşım. Komandaya xeyir vermək üçün əlimdən gələni edəcəm”.

O, gəncəli azarkeşlərdən də söz açıb: “Hamı bilir ki, Gəncə azarkeşləri Azərbaycanda sayılıb-seçilirlər. Hər oyunda yaxşı atmosfer yaradırlar. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

B.Həsənalızadə əsas heyət üzvünə çevrilmək üçün əlindən gələni edəcəyini vurğulayıb: “Əsas heyətə düşmək heç də asan olmayacaq. Komandanın oturuşmuş heyəti var. Üstəlik, toplanışa bir qədər gec qoşuldum. Amma heyət uğrunda mübarizənin olması hər birimiz üçün faydalıdı. Ümid edirəm ki, əsas heyətdə yerimi ala biləcəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30