8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Mutu: “Heç-heçədən razı deyiləm”

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində səfərdə "Jelezniçar"la heç-heçə etdikləri ilk oyundan (2:2) sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

- Mən heç-heçədən razı deyiləm, amma oyunumuzdan razıyam. Meydana futbol oynamaq üçün çıxdıq və çox yaxşı müdafiə olunan komanda ilə qarşılaşdıq. İlk hissəyə aqressiv başlasaq da, sonra qol buraxdıq. İkinci hissədə özümüzü sübut etmək istədik, səbirli oynadıq və sonda mükafat aldıq. Bu, fenomal abu-hava, əsl tamaşa idi. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar.

- Nəyə əsaslanaraq daha yaxşı olduğunuzu düşünürsünüz?

- Mən məşqçiyəm, sən jurnalistsən. Bu, mənim fikrimdir. Biz bilirdik ki, "Jelezniçar" yaxşı komandadır. Üstün tərəf biz idik, amma mən sizin fikrinizə hörmətlə yanaşıram.

- Oyundan əvvəl demişdiniz ki, qələbə üçün gəlmişəm. Cavab oyundan əvvəl təzyiq altındasınız?

- Bəli. İndi növbəti oyunda şanslar 50/50-dir. Bu futboldur, bəzən ilk dəqiqədə, bəzən 90-da qol vurulur. Məsələn, ilk hissəyə əlavə olunmuş dəqiqələrdə "Jelezniçar" da qol vurdu.

- "Jelezniçar" sizi hər hansı bir şəkildə təəccübləndirdi?

- Bizi təəccübləndirmədilər. Çünki biz onları təhlil etdik və güclü tərəflərini gördük. Yaxşı komandadır, atletik futbol oynayırlar, yaxşı əks-hücumlara malikdirlər.

Ozobiç yaxşı iş gördü, hücumçularımız çatışmadığı üçün yeni mövqedə oynamağa çalışdı. Filipin oyununa görə çox sevinirəm. Təkcə onun yox, bütün komanda olaraq oynadıq. Qalib gələ bilmədik. Amma heç kim deyə bilməz ki, heç-heçəyə layiq deyildik. Ervin Koffini əvəzləməli idim. Hələ zədəsinin nə olduğunu bilmirəm, dəyişiklik istədi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30