8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Fatih Terimə Azərbaycandan təkliflər gəlir”

“Fatih Terimə Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Necati Ateş yerli mətbuata açıqlamasında deyib.

Terimin “Qalatasaray”da köməkçisi olmuş mütəxəssis Azərbaycanda çalışmaq ehtimalını istisna etməyib: “Fatih Terim məşqçilik karyerasını başa vurmayıb və yenidən çalışmaq istəyir. Türkiyədə yalnız “Qalatasaray”ın sükanı arxasına keçər. Amma ölkə xaricində çalışması da mümkündür. O, hər an karyerasını bərpa edə bilər”.=

Qeyd edək ki, Fatih Terim məşqçilik karyerası ərzində “Qalatasaray”la yanaşı, Türkiyə yığmasına, eyni zamanda, İtaliyada “Fiorentina” və “Milan”a da rəhbərlik edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30