29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Turan Tovuz" Arda Turanın komandasına qalib gəldi

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Ayxan Abbasovun komandası Türkiyə 1-ci liqası təmsilçisi “Eyüpspor”la qarşılaşıb. 

Matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Tovuz klubu Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”u 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Türkiyədə "Adana Demirspor"la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Komanda daha 1 yoxlama oyunu keçirəcək. Tovuz təmsilçisi iyulun 27-də Tanzaniyanın "Simba Sport" kollektivi ilə qarşılaşacaq.

Yoxlama oyunu

22 iyul

“Turan Tovuz” (Azərbaycan) - “Eyüpspor” (Türkiyə) - 2:1

Qollar: Fərid Nəbiyev, Xəyal Nəcəfov

Bolu, "Gerde Esentepe" stadionu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31