9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qarabağ” Andradeni UEFA-ya sifariş edib

“Qarabağ” yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib.

Futbolxeber.az-ın qitə futbol qurumunun saytına istinadən verdiyi məlumata görə, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la keçiriləcək oyunlar üçün yarımmüdafiəçinin adını iştirak ərizəsinə salıb.

Serbiya klubu “Partizan”dan qayıdan 30 yaşlı orta sahə oyunçusu “Rakuv”la matçlarda məşqçilər korpusunun sərəncamında olacaq. Baş məşqçi Qurban Qurbanovun ixtiyarında hazırda 26 oyunçu var.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30