8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Lagerlöf: "Musa "Elfsborq"a qarşı oynamağa hazırdır"

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı bu həftə yeni klubu  “Yurqorden”də debüt edə bilər.

Futbolxeber.az-ın "aftonbladet.se" saytına istinadən verdiyi məlumata görə, bu barədə İsveç klubunun baş məşqçisi Tomas Lagerlöf açıqlama verib. O bildirib ki, 21 yaşlı hücumçu İsveç çempionatının 17-ci turunda keçiriləcək "Elfsborq"la mərkəzi matçda oynamağa hazırdır.

Qeyd edək ki, iyulun 22-i olacaq sözügedən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Hazırda turnir cədvəlində "Elfsborq" 36 xalla (15 oyun) 1-ci, "Yurqorden" 30 xalla (16 oyun) 4-cüdür.

Xatırladaq ki, bir neçə gün əvvəl M.Qurbanlıya  İsveçdə işçi vizası verilib. Bununla da futbolçunun yeni klubu “Yurqorden”də oynaması üçün yaranan hüquqi maneə tamamilə aradan qalxıb.

Əlavə edək ki, M.Qurbanlının adı "Elfsborq"la oyun üçün sifariş ərizəsində yer alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30