9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Araz-Naxçıvan"ın baş məşqçisi: “Çətinliklərimizin bir hissəsi arxada qaldı”

Yeni mövsümün hazırlığı çərçivəsində bu gün “Kəpəz”lə heç-heçə edən (1:1) “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov yoxlama matçı barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, klubun mətbuat xidmətinə açıqlamasında matçı belə dəyərləndirib:

“Hazırlığın ikinci həftəsinə başlamışıq. Bugünkü oyun da göstərdi ki, çətinliklərimizin bir hissəsi arxada qaldı. Futbolçular onlardan nə istədiklərimizi az da olsa başa düşürlər. Heyətimiz də hələ komplektləşməyib. Bu gün 13 futbolçu ilə mübarizə apardıq. Təbii ki, hazırlığa gec başlamağımız bizi müəyyən qədər sıxır. Ancaq hər keçən gün irəliyə doğru addım atmış oluruq. Uşaqların fiziki baxımdan formaya düşməsi, məşqçilərin tapşırığını yerinə yetirməsi tədricən yaxşılaşacaq".

Mütəxəssis yeni transferlər haqda da danışıb: "Komandaya son qoşulan hər iki legioner yaxşı təsir bağışladı. Onları izləyib heyətə dəvət etmişdik. Nuno Miguel bir aydan çoxdur məşq etməsə də, komandaya daha tez adaptasiya oldu. Vandersona bir qədər vaxt lazım olacaq. Ancaq meydanda varlığını hiss etdirirdilər. Bu isə hər ikisinin komandamıza kömək edəcək gücdə olduğunu göstərdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30