8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u cavab görüşündə 4:0 hesabı ilə məğlub etməklə buna nail olub.
 
Hər iki qarşılaşmadakı qalibiyyət sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 14,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.
 
ÇL-in I raundundan sonra reytinqdə bəzi yerdəyişmələr yaşanıb. İsveç, Sloveniya, Farer adaları, İslandiya və Belarus irəliləyişə nail olublarsa, Yunanıstan, Finlandiya, Bosniya və Herseqovina, Malta, Estoniya və Albaniyada geriləmə müşahidə edilib.
 
Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30