8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Linkoln"un baş məşqçisi: “İnamımız böyükdür”

"Bizi çox çətin oyun gözləyir. Matça onsuz da məğlub başlayacağıq. Bütün bunlara baxmayaraq, komandamıza inamımız böyükdür. Ümid edirəm ki, fərqli bir şey etməyə nail olacağıq".

Futbolxeber.az saytının məlumaıtna görə, bu sözləri "Linkoln"un baş məşqçisi Xavi Munyoz Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Qarabağ"la sabah Bakıda keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis 16 saatlıq səfərin onlara elə də çətinlik yaratmadığını bildirib: "Düzdür, səfər uzun oldu. Amma sizin qeyd etdiyiniz qədər də uzun deyil. Klub çalışdı ki, bizim üçün rahat şərait yaratsın. Düşünmürəm ki, bu amil sabah oyunda bizə təsir etsin".

Baş məşqçi "Cavab oyununda "Qarabağ"ı nə ilə təəccübləndirəcəksiz" sualını belə cavablandırıb: "İlk oyunda qurduğumuz plan özünü doğrultdu. Hətta qələbə də qazana bilərdik. Sadəcə qalib gələ bilməməyimizi bəxtsizlik kimi qəbul edirəm. Sabah da xüsusi planlarımız var. Bakıya gəzməyə gəlməmişik. Planımı burada açıqlamayacam. "Qarabağ"ı sabah da təəccübləndirmək üçün hər şeyi edəcəyik".

Xatırladaq ki, Cəbəllütariqdə keçirilən ilk oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30