9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Ayxan Abbasov: “Futbolçularım “Adana Demirspor”a qarşı yaxşı mübarizə apardılar”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov dünən Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Adana Demirspor”a qarşı keçirilən oyununu (0:2) şərh edib.  

Futbolxeber.az saytına müsahibəsində o, futbolçularının güclü rəqibə qarşı yaxşı mübarizə apardıqlarını bildirib: “Hələ komandamız tam hazır deyil. Rəqibin də gücü məlumdu. Üstəlik, hazırda “Adana Demirspor” bizdən daha hazırlıqlıdı. Oyun baxımdan istədiyimiz tempi ala bildik, istədiyimiz mübarizəni gördük. Məğlubiyyətə baxmayaraq, futbolçularım həqiqətən yaxşı mübarizə apardılar”.

Ayxan Abbasov hazırlıq prosesi çərçivəsində rəqib qismində güclü kollektivlərin seçiilməsinin səbəbini belə izah edib: “Həmişə istəmişik ki, güclü rəqiblərlə oynayaq. Real demək lazımdı ki, bu gün “Adana Demirspor” Türkiyənin 4-5-ci yerdə gedən komandasıdı. Lakin gücümüzü bu cür komandalarla sınamaq istəyirik. Belə oyunlarda çatışmazlıqlar daha aydın nəzərə çarpır. Məhz bu cür rəqiblərlə qarşılaşmalar çempionata hazırlıq baxımından vacibdi”.

“Turan Tovuz”un çalışdırıcısı növbəti rəqiblərindən də söz açıb: “İkinci oyunumuz “Eyüpspor”a qarşıdı. Bu komanda da güclüdü. Bilirsiniz ki, onlar da ötən il Superliqaya yüksəlməyə çox yaxın idilər. Yalnız pley-offda uduzdular. Yeni transferləri göz önündədi. Bununla belə, yaxşı oyun sərgiləməyə çalışacağıq”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30