8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Dinamo"nun baş məşqçisi: "Bakıda üstünlüyə sahib olmayacağıq"

"Komandamın oyunundan 75 dəqiqə razı qaldım. Amma futbol 90 dəqiqə və əlavə olunmuş vaxtdan ibarətdi. Son 15 dəqiqədə təşəbbüsü rəqibə verdi. O da bunun sayəsində matçı xilas etdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsində potensial rəqiblərindən olan Minsk "Dinamo"sunun baş məşqçisi Vadim Skripçenko deyib.

Təcrübəli mütəxəssis iyulun 20-də Bakıda - "Azərsun Arena"da keçiriləcək cavab görüşünə də toxunub: "İlk matçda heç-heçə fikrimcə, həm bizim, həm də "Jelezniçar" üçün şansları bərabər saxlayır. Cavab görüşündə tamaşaçısız neytral meydanda oynamaqla üstünlüyə sahib olmayacağıq. Amma qalib futbol meydanında bəlli olur. Oynayacağımız şərtləri qəbul edirik. Yenə deyirəm, vəzifəmiz oyuna peşəkar hazırlaşmaq, rəqibi təhlil etməkdi. Bugünkü oyunda onunla tanış olduq. Və qarşıdurmanın taleyini cavab oyununda həll etməyə çalışacağıq".

Xatırladaq ki, Minsk klubu "Jelezniçar"la Sarayevoda hesabda 2:0 irəlidə olduğu görüşdə son dəqiqələrdə 2 qol buraxaraq qələbəni əldən verib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30