8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Musa künc bayrağı yaxınlığında qol epizodu axtaran hücumçulardan deyil"

"Musa cərimə meydançasının xaricinə çıxıb künc bayrağı yaxınlığında qol epizodu axtaran hücumçulardan deyil".

Futbolxeber.az saytının məlumatına görə, bunu İsveçin "Yurqorden" komandasının baş məşqçisi Tomas Lagerlöf yerni transfer Musa Qurbanlı barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisinin futbolçusu daim cərimə meydançasına daxil olmaq istəyən əsl doqquz nömrədir: "Hər zaman hərəkətlidir və qol vura biləcəyi boş sahələr axtarır. Zəhmətkeş, fiziki cəhətdən güclü və son nöqtəni qoymağı bacaran oyunçudur. Başı, sağ və ya sol ayağı ilə fərqlənə bilir".

İsveçli çalışdırıcının sözlərinə görə, 21 yaşlı forvard "Malmö"yə qarşı ölkə çempionatının oyununda "Yorqorden"də debüt edə bilər: "Bunun üçün sənədləri hazır olmalıdır. Qalan məsələlər isə özündən asılıdır. Oynamağa hazırdırsa, meydana çıxacaq. Düşünürəm ki, Musa bu barədə digər transferlərdən öndədir. Milli komanda ilə məşq edib. Yenə də hər şey oyunçunun hazırlıq səviyyəsindən asılı olacaq".

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30