8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Araz-Naxçıvan"ın prezidenti Axundov oldu

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan"da klubdaxili toplantı keçirilib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda “Araz Naxçıvan”ın yeni təsisçiləri (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 faiz) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 faiz) barədə məlumat çatdırılıb.

Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb.

Ramin Axundov “Araz-Naxçıvan"ın prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.

İdarə Heyətinin tərkibi

Ramin Axundov - Sədr/Prezident

Nurlan Həsənov

Ceyhun Məmmədov

İmran Kələşov

Müşahidə Şurasının tərkibi

Vüqar Abbasov - sədr

Orxan Hüseynov - sədr müavini

Taleh İbrahimov - üzv

Elxan Babayev - üzv

Rövnəq Xəlilov - üzv

Mahir Şıxəliyev - üzv

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” futzal klubunun prezidentidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30