9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Linkoln"un baş məşqçisi: "Qarabağ" güclüdür"

“Rəqibimiz güclüdür. Bizim üçün çətinlik yarada bilər”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavi Munyoz "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl klubun televiziyasına açıqlamasında deyib.

41 yaşlı mütəxəssis Ağdam klubunun bu səviyyədə oynamağa öyrəşdiyini bildirib: "Onlar təcrübəlidirlər. Amma biz də "Linkoln"uq. Ümidliyik və qələbə əzmindəyik. Onlara çətinliklər yaratmağa çalışacağıq".

İspaniyalı baş məşqçi mövsümöncəsi yaxşı təlim-məşq toplanışı keçdiklərini söyləyib: "Komandada bəzi dəyişikliklər oldu. Həm əvvəldən heyətdə olanlar, həm də sonradan qoşulanlar bir-birilərini tanıyırlar. Bu səbəbdən uyğunlaşmaq problemi olmadı. Onların bizimlə birlikdə olmasına görə şadıq".

Munyoz mütəxəssis kimi UEFA Çempionlar Liqasında debüt edəcəyini xatırladıb: "Çox xoşbəxtəm. Mənim üçün böyük şansdır. Çempionlar Liqasında baş məşqçi kimi olmaq ayrıcalıqdır. Çox həyəcanlıyam və matça ümidlə baxıram. Əsas hədəfimiz mümkün qədər irəliyə getməkdir. Çətin olacaq, amma bu, bizim arzumuz və xəyallarımızdır".

Qeyd edək ki, bu gün oynanılacaq “Linkoln” - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakı Olimpiya Stadionunda olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30