8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Araz-Naxçıvan” Veteran Futbol Klubunun təsis yığıncağı keçirilib

“Araz-Naxçıvan” Veteran Futbol Klubunun təsis yığıncağı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, yığıncaqda Əməkdar məşqçilər İbrahim Mirzəyev və Bilal Nağıyev, “Araz-Naxçıvan”ın veteran futbolçuları Canpolad Həsənov, İlham Məmmədov, Vilayət Əmirov, Əlövsət Hüseynquliyev və Orxan Mirzəyev klubun yarandığı zamandan, dünənindən, bu günündən və mövcud problemlərindən bəhs ediblər.

Daha sonra veteran futbolçuları narahat edən, Naxçıvan futbolunun və yerli futbolçuların inkişafına mane olan mövzulara toxunulub. Naxçıvan Futbol Federasiyası rəsmisinin, AFFA və PFL qaydalarını kobudcasına pozaraq Araz-Naxçıvan PFK-da eyni anda bir neçə vəzifədə işləməsi, Naxçıvan futbol yetirmələrinin klubdan kənarda qalmalarına laqeyd yanaşması və bu kimi neqativ hallar veteran futbolçular tərəfindən mənfi qiymətləndirilib.

Eyni zamanda, “Araz-Naxçıvan” Veteran Futbol Klubunun təsis olunmasınının səbəbi isə, Naxçıvan Muxtar Respublikasında yeni uğurlu dönəmin başlanması, aparılan islahatlar və şəffaf siyasət olaraq qiymətləndirilib. Bu uğurlu yeni dönəmin Naxçıvan futboluna və Naxçıvan idman sahəsinin inkişafına töhfə verəcəyi vurğulanıb.

Təsis yığıncağı məhdud sayda veteran iştirakçılarla keçirildiyinə görə, iştirak etməyən veteran futbolçuların növbəti iclaslarda iştiraklarının təmin edilməsi haqqında qərara gəlinib.

İclasın yekununda Araz-Naxçıvan Veteran Futbol Klubunun idarə heyəti üzvləri, Canpolad Həsənov, İlham Məmmədov, Bilal Nağıyev, Orxan Mirzəyev, müavinlər İbrahim Mirzəyev və Vilayət Əmirov, İdarə heyətinin sədri isə Əlövsət Hüseynquliyev olaraq qərarlaşdırılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30