9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Elmar Baxşıyev: "Komanda oyun ritminə qayıdacaq”

"Qəbələ” 2023-2024-cü illər mövsümünün hazırlıq prosesinin ilk mərhələsini başa vurub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev Qəbələdə təşkil olunan toplanış barədə fikirlərini açıqlayıb:

“Hazırlıq prosesində planlaşdırdığımız detalların üzərində çalışdıq. Komandanın istəkli olması sevindiricidir. Məşqlərdə bu istəyi görürdük. İndiki mərhələdə əsasən yükləmələrin üzərində dayanmışıq. Qarşıdakı Türkiyə toplanışında daha çox toplu çalışmalara üstünlük veriləcək və istiqamət matçlara yönələcək. Bununla da komanda oyun ritminə qayıdacaq”.

Baxşıyev futbolçuların durumuna da toxunub: “Hazırlıq prosesinin indiki mərhələsində futbolçular hələlik formadan uzaqdır. İyunun 24-dən məşqlərə başlayan oyunçular digərləri ilə müqayisədə daha hazırlıqlıdır. Çünki onlar bizə bir müddət sonra qoşulublar. Türkiyə toplanışında bu boşluqları doldurulacaq. Yeni oyunçuların bəziləri həm fiziki forma, həm komandaya uyğunlaşma baxımından tez hazır oldular. Həmişə yerli və əcnəbilər bu komandada çətinlik çəkməyiblər. Sadəcə fiziki durumlarını qaydasına salmaq lazımdır. Qarşıda üç yoxlama görüşü var. Bu matçlar komandanı daha hazırlıqlı etməlidir. Bizim verdiyimiz fiziki yükləmələr və oyundakı isə fərqli olur. Daha çox istədiyimiz futbolçuların oyun yükünü almasıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30