9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Emin Mahmudov: "Baş məşqçimizin yoxluğuna görə psixoloji olaraq bizə çətindir"

“Srvena Zvezda” ilə oyun bizim üçün yaxşı alınmadı. Çünki rəqib daha aqressiv və sürətli idi. Biz də öz növbəmizdə çoxlu sadə toplar itirdik və bundan sonra onlar əks-hücuma keçdilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov “PARI Premeyr Kuboku”nda “Srvena Zvezda” ilə oyundan (0:4) sonra “Matç TV”yə müsahibəsində deyib.

- Bu oyunla bağlı komandanız üçün müsbət nəsə var?

- Belə demək olar ki, fiziki durumumuz üzərində çalışırıq.

- “Neftçi”yə turnir zamanı qoşuldunuz. Formanızı necə qiymətləndirirsiniz?

- Komanda ilə cəmi üç gün məşq etmişdim. Bir az çətin oldu. Amma buna qədər fərdi məşq  edirdim, formamı saxlamağa çalışırdım. 45 dəqiqə oynadım, amma yaxşı vəziyyətdə olmaq üçün hələ də çox çalışmalıyıq.

- Ümumiyyətlə, “PARI Premyer Kuboku”nu necə dəyərləndirirsiniz?

- Yaxşı turnirdir. Təəssüf ki, baş məşqçimiz olmadığına görə hazırlıqsız gəlmişik. Psixoloji və fiziki olaraq bir az bizə çətindir. Ümid edirəm ki, hər şey tezliklə həll olunacaq və biz daha yaxşı oynayacağıq. Təşkilatçılığa gəlincə, hər şey qaydasındadır. Düzdür, “Qazprom Arena”da daha çox oynamaq istərdim (gülür). Təki belə turnirlər daha çox olsun.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30