9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şahin Diniyev: “Kəpəz”lə oyun təhlükəli idi”

“Altı gündü məşq edirik, ümumiyyətlə, heç taktika üzərində işləməmişik. Sadəcə, hazırlığın birinci tsikli nəfəs borularının açılması, ağciyər sisteminin düzəlməsi idi. İkincisi, gücə işləmək, güc yığmaq idi. Üçüncü də topa hissiyyatı artırmaq istəyirdik. Bu yöndə heç bir oyun epizodları fikirləşməmişdik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

“Kəpəz”ə qarşı keçirilən yoxlama matçı (2:1) barədə danışan mütəxəssis komandada baxışda olan bəzi gənclərin səhvə yol verdiklərini bildirib: “Komanda ümumiyyətlə, hazır deyil. Bu baxımdan “Kəpəz”lə oyun təhlükəli idi. Nəinki 90 dəqiqə, hətta 60 dəqiqənin özü təhlükəli idi. Bütün futbolçulara imkan verdik, oynadılar. Çoxu 60 dəqiqə oynadı. Baxışa gələn 3 gənc futbolçu də meydanda oldu, əvəzedicimizdən də 3 nəfər var idi. Səhv edən də onlar oldu. Lakin eybi yoxdu, bu cür matçda nəticə elə də önəmli deyil”.

Diniyev baxışda olan gənclərlə bağlı artıq qərarını verib: “O futbolçular hələ Premyer Liqaya hazır deyillər. Çalışacağıq ki, I Divizionda hasısa komandalarda olsunlar, çünki "bişməlidirlər". Bir il oynamalıdırlar, amma nəzarətimiz altında olacaqlar.  Çünki potensiallı futbolçulardı, gəncdilər. Birdən-birə riskə atmaq istəmirik. Məşqlərimizə 6-7 futbolçu gəlmişdi, 3-nü saxladıq baxmağa”.

FƏRƏC

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30