7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

"Neftçi"nin legioneri: "Bu turnir gücümüzü sınamaq üçün əla fürsətdir"

"Bu turnir səviyyəli komandalara qarşı gücümüzü sınamaq üçün əla fürsətdir".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Kilan Lebon Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Match TV" turnirində "Zenit"ə 1:3 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
 
Fransalı hücumameylli yarımmüdafiəçi ilk hissədə daha yaxşı oynadıqlarını bildirib: "Amma fasilədən sonra vəziyyət dəyişdi. Rəqib meydandakı hərəkətinə enerji əlavə etdikdən sonra oyun bizim üçün çətinləşdi".
 
Qeyd edək ki, "Neftçi" turnirdə növbəti matçını iyulun 8-də Serbiyanın "Srvena Zvezda", 15-də isə Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək.
 
Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30