8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Neftçi”nin yeni transferi azarkeşlərə səsləndi: “Bizdən ümidlərini kəsməsinlər”

"Nostalji hisslər yaşadım. Çünki "Neftçi"nin futbol akademiyasında böyümüşəm. Sonra "Neftçi"nin əsas komandasında yer almışam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Emil Balayev klubun televiziyasına açıqlamasında deyib.

Paytaxt təmsilçisinin yetirməsi olan və 2011-2014-cü illərdə əsas komandasında oynayan qolkiper "Neftçi"yə qayıdışı haqqında bunları deyib: "Biz "Neftçi" ilə birlikdə Azərbaycan futbolu tarixində yeni bir səhifə açdıq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Mən də o heyətdə idim. Yəni o hisslər 12 il keçsə də, bundan sonra 15-20 il keçsə də, əvəzolunmazdır. Şəkillərə baxanda və ya Yutubda qarşımıza videolar çıxanda həmin anlar yada düşür".

O, komandanın digər qapıçıları İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərovla sağlam rəqabət aparacaqlarını düşündüyünü deyib: "Fikirləşirəm ki, rəqabət olmayan yerdə inkişaf olmur. Təbii ki, belə səviyyəli qapıçılarla birlikdə işləmək, məşq etmək mənim özümə də xoşdur. Həm də komandada cavan qapıçılar var. Biz U-21 millimizlə yoldaşlıq oyunu keçirdik. Elə orda da gördüm ki, bizim cavan, yaxşı qapıçılarımız var. Rza Cəfərovu da gördüm. Həqiqətən də çox yaxşı qapıçıdır. Mən "Neftçi"də olanda o vaxt 18-19 yaşım var idi. Mənimlə birgə komandada Saşa Stamenkoviç, Rauf Mehdiyev, Paşa Doraşev var idi. Çalışırdım ki, onlardan nəsə öyrənim,təcrübələrindən yararlanım. Fikirləşirəm ki, indi komandada qapıçılar baxımından sağlam rəqabət olacaq. Əvvəlcə biz bir-birimizə həm qardaş, həm də yaxşı bir insan kimi münasibət göstərməliyik".

Balayev sonda "Neftçi"nin azarkeşlərinə də səslənib. O, fanatlardan komandaya dəstək olmaqlarını istəyib: "Onlara demək istəyirəm ki, heç nəyə baxmayaraq həmişə bizim arxamızda olsunlar. Onsuz da həmişə bizə dəstək olublar. Çətin anlarda da, eniş olan vaxtlarda da. Çünki hər bir enişdən sonra yüksəliş var. Fikirləşirəm ki, hamımız birlikdə yumruq olub yenidən keçmiş uğurlarımızı təkrarlaya biləcəyik. Nə olursa, olsun, bizdən ümidlərini kəsməsinlər və həmişə bizə dayaq olsunlar".

Qeyd edək ki, "Neftçi" ötən gün Emil Balayevlə 2 illik müqavilə imzalayıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  

Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30