8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Elxan Səmədov Lənkəranın Divizionda təmsil olunmamasına aydınlıq gətirdi

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Lənkəranın I və ya II Divizionda təmsil olunmamasına aydınlıq gətirib.

Futbolxeber.az saytına açıqlamasında E.Səmədov seçimə bir neçə amilin təsir etdiyini bildirib:

“Söhbət təkcə Lənkərandan getmir. Ümumiyyətlə deyə bilərəm ki, seçimə bir neçə amil təsir edir. Bura infrastruktur, məşqçilər, komandanın heyəti və s. daxildir. Ümumilikdə 28 müraciət daxil olmuşdu. Biz də hər bir müraciəti araşdırdıq. Elə komanda var ki, divizionda çıxış etmək istəyir. Uşaq futbolu var, amma əsas komandaSı yoxdur. Yaxud heyəti var, stadionu ya yoxdur, ya da çox bərbad durumdadı. Bütün bunları araşdırdıqdan sonra AFFA İcraiyyə Komitəsinə tövsiyəmizi verdik, yekun qərarı komitə verdi”.

PFL prezidenti I divizionla müqayisədə, II divizion klublarına bəzi güzəştlərin olduğunu vurğulayıb: “Bütün bu qərarlar Azərbaycan futbolu naminə verilib. Çalışırıq ki, inkişaf edək. Bildiyiniz kimi, II divizion yarımpeşəkar statusundadır. Buna görə də bəzi məqamlara göz yumduq. Lakin klublar bilməlidilər ki, tələblər getdikcə daha ciddi olacaq”.

Fərəc ASLANOV

Futbolxeber.az-ın teleqram kanalına abunə olun

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30