9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rafael Utziq: “Qəbələ”yə yox, amma Azərbaycana qayıtmağım mümkündü”

“Çox yaxşı oyun sərgilədik. 120 dəqiqə diqqəti əldən vermədik. Yekunda da kuboku qazandıq. Buna görə çox xoşbəxtik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri ölkə kubokubunun finalında “Nefçi” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra “Qəbələ”nin hücumçusu Rafael Utziq deyib.

Braziliyalı forvard bildirib ki, bu, onun “Qəbələ” formasında son oyunu idi: “Mövsüm başa çatdı. İndi Braziliyaya yollanıb, vətənimdə mövsümün yorğunluğunu çıxardacam. Yalnız istirahətdən sonra gələcək karyeramla bağlı qərar qəbul edəcəm. İndi ancaq onu deyə bilərəm ki, “Qəbələ”nin düşərgəsinə qayıtmayacam”.

“Bəs Azərbaycanda digər klubun formasını geyməyiniz nə dərəcədə realdı? Çünki “Neftçi” və “Zirə”nin sizi heyətində görmək istədiyi deyilir” suallarını Utqiz belə cavablandırıb: “Azərbaycana qayıtmağım mümkündü. Lakin karyeramı digər ölkədə davam etdirə bilərəm. İndidən dəqiq söz deməkdə çətinlik çəkirəm. Hər şeyə bir müddət sonra aydınlıq gələcək. Sırf “Neftçi” və ya “Zirə” barədə isə heç nə deyə bilmərəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30