9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qurban Qurbanov Ramazanda uşaqlara güzəştə gedir, məşqləri asanlaşdırır"

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dini inancları ilə bağlı sualları cavablandırıb.

Futbolxeber.az-ın məlumatına görə, o, Rusiyanın championat.com saytına müsahibəsində bununla bağlı da danışıb.

- Siz əməli müsəlmansınız?

- Bəli, dinimə olduğu kimi əməl edirəm: namaz qılıram, Ramazanda oruc tuturam.

- Bu vəziyyətə necə gəldiniz?

- Uşaqlıqdan atam tələb edirdi ki, Şah, namaz qıl. Amma özüm şüurlu şəkildə 20 yaşımda buna gəldim.O vaxtdan bəri bütün müsəlman qaydalarına ciddi əməl etmişəm.

- Oruc tutarkən oynamaq çətindir?

- Məşqçimiz (Qurban Qurbanov - red.) də müsəlmandır və Ramazanda uşaqlara güzəştə gedir. Məşqləri asanlaşdırır, cədvəli dəyişir. Legionerlər vəziyyəti anlayışla qarşılayırlar. Biz oruc tutanda oyunlarda yükün böyük hissəsini onlar öz üzərlərinə götürürlər. Yəqin ki, başqa komandada bu baxımdan çətin olardı. Baxmayaraq ki, bildiyimə görə, Avropada da indi bunlara hörmətlə yanaşırlar.

- Spirtli içkilər içmisiniz?

- Heç vaxt. Müəyyən yaşa qədər atamın qorxusu məni cilovlayırdı, indi isə sadəcə olaraq dinimin qanunlarına əməl edirəm. İçkiyə zərrə qədər də olsa marağım yoxdur.

- Sosial şəbəkələrinizə baxanda, xəstə uşaqlara kömək etdiyinizi görürük.

- Sağ əlin etdiyi sol əl bilməməlidir. Belə şeylər haqqında çox danışmağa ehtiyac yoxdur. Yaxşılığı etmək etmək lazımdır. Amma insanlar birləşəndə istənilən problem həll oluna bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30