10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

Qurban Qurbanov: “Heyəti düşündüyümüz kimi formalaşdırdığımızı desəm, yalan olar”

“Heyəti tam düşündüyümüz kimi formalaşdırdığımızı desəm, yalan olar”.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis daha bir neçə oyunçu dəvət etmək istədiklərini bildirib: “Əlimizdəki oyunçulara daim güvənmişik. Onların performansını yaxşılaşdırmağa çalışmışıq. Bir neçə yeni futbolçu cəlb etmək, heyəti genişləndirmək planımız var. Danışıq apardığımız oyunçularla anlaşsaq, mütləq onları transfer edəcəyik”.

Baş məşqçi “Zirə”nin fransalı hücumçusu Hamidu Keytanın transferini yekunlaşdırdıqlarını əlavə edib: “Keyta əvvəldən bizim transfer siyahımızda var idi və artıq onunla danışıqlar müsbət yekunlaşıb”.

Q.Qurbanov 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasında uğurlu çıxış hədəflədiklərini vurğulayıb: “Çempionlar Liqası çox ciddi turnirdir. Ötən mövsüm də ilk mərhələdən pley-offa qədər güclü rəqiblərlə qarşılaşdıq. Maraqlı oyunlarımız oldu. Bu il də turnirə ciddi hazırlaşmağa məcburuq”.

O, komandanın yay hazırlıq planının bəlli olduğunu da deyib: “İyunun 10-da Bakıda yığışacağıq və 22-də Avstriyaya səfər gözlənilir. Oradakı proqram və yoxlama görüşlərinin günləri bəllidir. Sadəcə, rəqiblər hələ məlum deyil”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30