10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

"Neftçi"nin iki futbolçusu üçün yubiley

Azərbaycan Premyer Liqasının XXXV turu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olub.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “Kəpəz”lə Qəbələdə baş tutan səfər matçı Rəhman Hacıyev və Voyislav Stankoviçin yubileyi ilə yadda qalıb.
 
Hacıyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
 
30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008/2009 mövsümündə debüt edib. İlk oyununa “Bakı” forması ilə çıxan Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib. Onun hesabında 27 qol var. O, “Neftçi”də 144 (14 qol), “Bakı”da 44 (2 qol), “Şamaxı”da 44 (8 qol), “Sumqayıt”da 18 (3 qol) oyun keçirib.
 
Qəbələ şəhər stadionuna kapitan kimi çıxan Stankoviç isə Premyer Liqada 200-cü matçını keçirib. Debütü 2014/15 mövsümünə təsadüf edən 36 yaşlı serbiyalı müdafiəçi 8 mövsümdə 3 fərqli klubda forma geyinib. Onun hesabında 9 qol var. Debüt etdiyi “İnter”də (indiki “Şamaxı”) 12 (1 qol) matç keçirən arxa xətt oyunçusu “Qəbələ”də 92 (1 qol), “Neftçi”də 96 (7 qol) dəfə şans qazanıb.
 
Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyununda bakılılar 3:1 hesabı ilə qalib gəliblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30