8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Riçard Almeyda: "Özümü qırmızı şəraba bənzədirəm"

"Yaşlandığımı hiss etmirəm. Özümü qaldıqca, daha dadlı olan qırmızı şəraba bənzədirəm (gülür)".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Riçard Almeyda cari mövsümdəki çıxışı barədə danışarkən deyib.
 
Braziliya əsilli yarımmüdafiəçi bildirib ki, 34 yaşı olsa da, özümü yaxşı hiss edir: "İstirahətimə və qidalanmağıma xüsusi diqqət yetirirəm. Düzdür, son matçlarda çox oynamaq şansı qazanmıram. Amma bu, futboldur, belə hallar olur. Fürsəti yaxalamaq lazımdır. Məsələn, baş məşqçi Romaoya ötən ilin dekabrından şans verdi, o isə bu fürsətdən yaxşı yararlandı və müntəzəm oynamağa başladı. Marko Yankoviçi də qeyd edərdim. Hər ikisi yaxşı futbolçudur. Qurban Qurbanov bu oyunçulara güvənir, onlar da etimadı doğruldurlar".
 
Almeydanın sözlərinə görə, heç kim hansısa mövqenin sahibi deyil: "Bu mövqe ancaq mənə məxsusdur” deyə bir şey yoxdur. Məşqçinin seçimidir, buna hörmətlə yanaşmaq lazımdır. Ehtiyatda qalsaq da, hər zaman hazır olmalıyıq. Çünki komandanın istənilən an bizə ehtiyacı ola bilər. Futbolçu hər xırda şansdan maksimum yararlanmalıdır".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30