8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qəbələ"nin kapitanı əməıiyyat olunub

“Qəbələ”nin zədəli futbolçuları Asif Məmmədov və Feras Abu Akalın durumuna aydınlıq gəlib.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XXXIV turunun “Turan Tovuz”la oyununda (1:2) xəsarət alan yarımmüdafiəçilər dərhal müayinə olunub.
 
Asifin axil vətərinin yırtılması aşkarlanıb. Bu səbəbdən komandanın kapitanı olan 37 yaşlı futbolçu təcili əməliyyat olunub.
 
İlkin müayinələrdən sonra Ferasın da zədəsinin ciddi olduğu müəyyənləşib. Dizindən xəsarət alan 26 yaşlı israilli yarımmüdafiəçi təkrar müayinədən keçəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30