8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Konfrans Liqasında klublarımızın potensial rəqibləri: “Neftçi” səpələnmişlər sırasında

Azərbaycan klublarının 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində yer alacaqları səbətlər müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, qitənin üçüncü dərəcəli klub turnirində Premyer Liqa təmsilçilərindən yalnız “Neftçi” püşkatma zamanı səpələnmişlərdə yer alacaq.

9.000 reytinq xalı olan çempionatın bürünc mükafatçısının səpələnməmişlərdəki 7 potensial rəqibi də bəllidir.

“Sabah” və Azərbaycanı turnirdə təmsil edəcək digər komanda (“Qəbələ” və ya “Zirə”) səpələnməmişlərdə olacaq. Onların isə səpələnmişlərdəki 11 mümkün rəqibləri məlumdur. Avrokuboklarda debüt edəcək “Sabah” 3.325 xalına malikdir.

Hələlik yalnız Yunanıstan klubu “Aris”in səbəti qeyri-müəyyəndir.

Ümumilikdə II təsnifat mərhələsində 90 komandanın iştirakı ilə 45 cütlük formalaşacaq. Buna qədər isə I raundda 62 klub mübarizəyə qoşulacaq və cütlüklərin 31 qalibi turnirdə yoluna davam edəcək.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Brügge” (Belçika)

“Makkabi (Təl-Əviv, İsrail)

“Viktoriya” (Çexiya)

“Budo-Qlimt” (Norveç)

“Lex” (Polşa)

“Hapoel” (Beer-Şeva, İsrail)

“Yurqarden” (İsveç)

“Legiya” (Polşa)

“Rusenborq” (Norveç)

“Spartak” (Trnava, Slovakiya)

“KuPS” (Finlandiya)

“Neftçi” (Azərbaycan)

Səpələnməmişlər:

“Hammarbü” (İsveç)

“Kauno” (Litva)

“Poqon” (Polşa)

“Zalaeqerseq” (Macarıstan)

“Sabah” (Azərbaycan)

“Ordabasi” (Qazaxıstan)

“Aktobe” (Qazaxıstan)

“Auda” (Latviya)

Qeyri-müəyyən:

“Aris” (Yunanıstan)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30