8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Neftçi” 20 minə yaxın cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 26.04.2023-cü il tarixində Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Neftçi” - “Turan Tovuz” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə edilib.

Meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilib.

Oyun bitdikdən sonra meydançaya və dəhlizə “A Buraxılışı” olmayan şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

Matçın gedişində “Turan Tovuz” futbolçularının ünvanına “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib.

Oyunun 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə edilib.

Kubok oyununa görə 12 000 manat cərimələnən “Neftçi” daha 7200 manat cərimə “Qarabağ”la matçda baş verənlərə görə ödəyəcək.

Belə ki, 02.05.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXII turunun “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Neftçi” klubu 1600 manat, klubun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat, oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə isə 1600 manat cərimə edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30