9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AFFA nümayəndəsi UEFA “Fight The Fix” Akademiya proqramını bitirib

İtaliyanın paytaxtı Romada UEFA-nın üzv assosiasiyalarının, Cənubi Amerika və Afrika assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın Lozanna Universiteti ilə birgə təşkil etdiyi UEFA “Fight The Fix” Akademiya proqramının 3-cü - sonuncu mərhələsi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, akademiya proqramını müvəffəqiyyətlə başa vurmuş UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliyə müvafiq sertifikat təqdim olunub.

Qeyd edək ki, kursun əsas məqsədi “Danışılmış oyunlarla mübarizə” proqramı (UEFA FTF) danışılmış oyunlara qarşı mübarizədə iştirak edən peşəkarları kəşfiyyat məlumatları toplamaq, araşdırmalara rəhbərlik və istintaq proseslərinə kömək etmək üçün lazım olan məlumatlar, vasitələr və bacarıqlarla təmin edir.

UEFA FTF proqramı tədqiqatların aparılması və oyuna cəlb olunanların təqib edilməsi üçün tələb olunan bacarıqlara diqqət yetirərək danışılmış oyunlar sahəsində çalışan peşəkarlar üçün unikal təlim imkanıdır. İştirakçıları bu fenomen ilə bağlı dolğun məlumatlarla təmin etmək, son hadisələr və monitorinq vasitələri haqqında ətraflı məlumat verməklə yanaşı, A-dan Z-yə istintaq və digər prosedurları nəzərdən keçirir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30