9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Sülhsevər cütlərin turu

Azərbaycan Premyer Liqasının 31-ci turu heç-heçələrlə zəngin olub.

Futbolxeber.az saytının məlumatına görə, beş oyundan 3-ü bərabərliklə yekunlaşıb. “Şamaxı” - “Kəpəz” və “Səbail” - “Neftçi” qarşılaşmaları 1:1, “Qarabağ” - “Zirə” matçı 2:2 hesabı ilə nəticələnib. Digər iki görüşdə qonaqlar qələbə qazanıb. “Sabah” “Turan Tovuz”u 2:0, “Qəbələ” “Sumqayıt”ı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Turdakı heç-heçə sayında mövsümün rekordu təkrarlanıb. Eyni cütlərin qarşılaşdığı XV turda da üç sülh yaşanıb. Ötən il noyabrın 27-29-da keçirilən matçlarda “Qarabağ”la “Zirə” qolsuz bərabərə qalıb, Şamaxı və Sumqayıtda 1:1 hesabı qeydə alınıb. “Neftçi” “Səbail”i evdə 3:1, “Sabah” səfərdə “Turan Tovuz”u 1:0 hesabı ilə üstələyib.

Maraqlıdır ki, heç-heçə turundakı iki nəticə Azərbaycan çempionatları tarixində yubiley sayda qeydə alınıb. “Şamaxı” - “Kəpəz” görüşü 1:1 hesabı ilə nəticələnən 500-cü matç olub. “Qarabağ” - “Zirə” qarşılaşması isə 2:2 hesablı 150-ci bərabərlikdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30