9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Samir Abasov: “Futbolçularımdan üzr istədim, oyunu mən uduzdum”

“Səmimi deyəcəm, bəzən bunu deyirsiz, oyundan sonra isti-isti olduğu üçün emosiyalara qapılırıq, aqressiv danışırıq. Amma indi deyəcəklərim hamısı tam səmimidir, emosiyadan uzaqdır. Çünki oyun bitən kimi otağıma gedib sakitləşdim”.

Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XXXI turunda “Sumqayıt”la matçdan (2:3) sonra deyib.

O, məğlubiyyətdə futbolçularının günahının olmadığını bildirib: “Matç bitən kimi paltardəyişmə otağında futbolçularımdan üzr istədim. Dedim ki, onların heç bir günahı yoxdur. Bu oyunu baş məşqçi kimi mən uduzdum. Bu, mənim şəxsi fikrimdir. Elədiyim dəyişiklər uğursuz alındı. Meydana daxil olan futbolçular oyunumuzu məhv elədilər. Bunun da günahkarı bilavasitə mənəm. Məğlubiyyətə görə azarkeşlərimizdən də üzr istəyirəm. Düzdür, fanatlar maraqlı, bol qollu görüşə şahidlik etdilər. Amma istənilən halda uduzmuşuq. Bəlkə də son saniyələrdə Vüsal İsgəndərli ötürmə versəydi, komanda uduzmayacaqdı. Bəlkə də indi bu sözləri deməyəcəkdim, amma yenə də düşüncəmdə qalacaqdım ki, bu əvəzetmələri mən səhv etdim. Gələcəkdə bu əvəzetmələrin xəttini çəkmək lazımdır”.

Abasov komandasının çətin durumdan çıxa biləcəyinə inandığını bildirib: “Oyunun gedişatında da fikirləşirdim ki, “Ay Allah mən neylədim, niyə bunu meydana buraxdım. Ən azından bu futbolçunun xarakterinə bələdəm”. Bu kimi düşüncələrlə içimi yeyirdim. Mənim səhvimdir ki, bu görüşü uduzduq. İnşallah, mövsümün sonunda Premyer Liqadakı yerimizi qoruyarıq. Biz də insanıq, biz də səhv edə bilərik. Qışdan sonra çətin anlarda, vəziyyətdən çıxmağı bacarmışıq. Məsələn, 1-2 oyun uduzandan sonra səfərdə “Səbail”ə, yaxud “Turan Tovuz”a qalib gəlmişik. Ümid edirəm ki, bugünkü vəziyyətdən də çıxıb, qarşıdakı görüşlərdə qələbə qazanacağıq. Turnir cədvəlində vəziyyətimiz elədir ki, heç cür rahatlaşa bilmərik. Sona qədər mübarizə aparıb, bu vəziyyətdən çıxacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30