9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AFFA 6 klubu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

14.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXX turunun “Zirə” - “Səbail” oyununun II hissəsində “Səbail” klubu meydançaya gec çıxdığına görə 2400 manat cərimə edilib.

14.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXX turunun “Neftçi” - “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib

15.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXX turunun “Kəpəz” - “Turan Tovuz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

Oyunda “Turan Tovuz” klubunun futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozduğuna görə klub 200 manat cərimə edilib.

16.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXX turunun “Sabah” - “Qarabağ” matçına Yanğından mühafizə xidməti maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 400 manat cərimə edilib.

Matç zamanı “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilib.

Oyunda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.

 Görüş başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 1600 manat cərimə edilib

19.04.2023-cü il tarixində Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Turan Tovuz” - “Neftçi” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30