Ölkə futbolu
Regekampf: “Yaxşı oynamasan belə, meydanda mübarizə aparmalısan”
“Təbii ki, göstərdiyimiz oyuna və nəticəyə görə məyusam. İşimizi çox çətinləşdirdik. Bu gün komanda öz səviyyəsinə uyğun çıxış etmədi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsio Regekampf ölkə kubokunun yarımfinalında “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Rumın mütəxəssis cavab qarşılaşmasına ciddi hazırlaşmalı olduqlarını bildirib: “Bu məğlubiyyət barədə düşünməliyik. Qarşıda cəmi bir neçə günümüz var. Həm növbəti çempionat, həm də kubokun cavab matçına ciddi hazırlaşmalıyıq. Bu gün komanda meydanda yaxşı görsənməsə də, cavab oyununda vəziyyəti dəyişə bilərik. Mən futbolçularıma 100 faiz inanıram. Düşünürəm ki, ikinci matçda onların öz səviyyələrində çıxış edəcəklər, nəticəni xeyrimizə dəyişəcəklər və bizi finala daşıyacaqlar”.
Regekampf komandasının bugünkü görüşdə zəif çıxış etməsinin səbəbləri barədə bunları söyləyib: “Bunun çoxlu səbəbləri ola bilər. Amma məncə, əsas səbəb süni ot örtüyüdü. Futbolçularla daim ünsiyyətdə oluram. Çalışıram ki, onlar qazonun süni olması barədə çox düşünməsinlər. Amma ümumi götürdükdə, indi səbəb axtarmamalıyıq. Həm də yaxşı oynamasan belə, meydanda mübarizə aparmalısan ən azından. Cavab oyununda rəqibə başqa üzümüzü göstərməliyik”.
“Turan Tovuz”un bugünkü qələbəsində əsas amil hansı oldu” sualını “Neftçi”nin çalışdırıcısı belə cavablandırıb: “Oyundan sonra futbolçularla söhbətim oldu. Onlara da dedim ki, bugünkü məğlubiyyətə görə çox danışmalı, çox səbəb axtarmalı deyillər. Biz sadəcə olaraq bu gün rəqibin etdiklərini edə bilmədik. “Turan Tovuz”un futbolçuları 90 dəqiqə boyunca qaçdılar, mübarizə apardılar. Rəqib əlinə düşən fürsətdən yararlandı”.
Laurentsio Regekampf komandasının geridönüş edə biləcəyini vurğulayıb: “İkinci matça daha ciddi hazırlaşmalıyıq. Oyuna daha çox köklənməliyik. Əminəm ki, komandamın cavab görüşündə geridönüş etmək üçün gücü var. Bu cür situasiyalara artıq öyrəşmişik. Çətin matçlarımız çox olub. İnanıram ki, bir daha gücümüzü ortaya qoya və geri dönüş edə biləcəyik”.
Mütəxəssis üç gündən bir meydana çıxmağın komandası üçün çətinlik yaratmamalı olduğunu düşünür: “Hazırda heyətdə dəyişiklik olub-olmayacağını deyə bilmərəm. Çünki çempionat oyununa hələ 3 gün var. İndidən kimin hansı durumda olacağını, kimin “Səbail”lə qarşıdakı çempionat oyununa hazır olub-olmayacağını deyə bilmərəm. Çempionat matçına əlimizdə olan ən yaxşı heyətlə çıxacağıq. Düşünürəm ki, komandamın heyəti genişdi və asanlıqla üç gündən bir oynaya bilərik”.
Regekampf qələbə münasibəti ilə tovuzlu azarkeşləri təbrik edib: “Bu gün stadionda atmosfer mükəmməl idi. Tovuzlu azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Onlar bu matçda komandalarının 12-ci oyunçusu idilər. Stadionda belə ab-hava görmək çox xoşdu. Bu cür dəstəyin qarşısında oynamaq da gözəldi”.
Rumın məşqçi ehtimal edilən penalti epizodu barədə deyib: “Həmin epizodun təkrarını izləməmişəm. Çünki oyun bitən kimi mətbuat konfransına gələnədək futbolçularımla ayaqüstü söhbət etdim. Sadəcə onu deyə bilərəm ki, penalti epizoduna görə oyun dayandırılmasaydı, top Emin Mahmudovun qabağına düşmüşdü və o, fərqlənməyə çox yaxın idi. Yaxşı olardı ki, hakim epizodun yekunlaşmasını gözləyərdi”.
Regekampf cavab matçında komandasının ilk dəqiqələrdən hücuma atılacağını qeyd edib: “Biz növbəti mərhələyə yüksəlmək istəyirik. Buna görə də mərhələ adlamaq üçün mütləq qollar vurmalıyıq. Sadəcə öz oyunumuzu göstərməli və finala vəsiqə qazanmalıyıq. Ümid edirəm ki, futbolçular etimadımı doğruldacaqlar”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi