8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında ən uzun məğlubiyyətsiz seriyaları

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ilk məğlubiyyətini alıb.

Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 30-cu turda  “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzub. Bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb.

Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. 537 gün məğlub olmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzmuşdu. Ötən mövsümün 20, cari çempionatın 29 görüşündə uduzmayan ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə edib. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.

Ən uzun məğlubiyyətsiz seriyalar:

1. “Qarabağ” - 49 (2021-23)

2. “Qarabağ” - 31 (2018-19)

3. “Kəpəz” - 28 (1997-98)

4. “Turan” - 27 (1992-93)

5-6. “Şəmkir” - 26 (2000-01)

“Neftçi” - 26 (2003-04)

Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30