8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

De Byazi: “Heç vaxt proqnoz vermirəm, reallığa baxıram”

Azərbaycan milli komandasının baş məşçisi Canni De Byazi "Turan Tovuz" - "Qəbələ" matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis ilk öncə görüşlə bağlı təəssüratlarını bölüşüb:

“Çox gözəl oyun oldu. Son saniyəyə kimi meydanda mübarizə gedirdi. Dünən Gəncədə də maraqlı matç izlədik. "Kəpəz"in daha çox qol imkanları oldu, çox yaxşı oynadılar. Qələbə qazana da bilərdilər. İzlədiyim hər iki görüş balanslı şəkildə keçdi”.

De Byazi bölgə stadionlarından olan atmosfer barədə bunları deyib: “Dünən Gəncədə oyun həftəiçi idi. Düşünürəm ki, şənbə-bazar günləri matçlara daha çox azarkeş gəlir. Televiziyadan izləyəndə görmüşəm. Belə atmosferdən çox xoşum gəlir. Azarkeş dəstəyi futbolçuları da hücuma vadar edir. Atmosfer baxımından bölgələrdə daha yaxşıdır. Çünki tribunalarda çoxlu azarkeş var. Amma Bakıda keyfiyyət baxımından daha güclü komandalar oynadığını deməliyəm”.

O, bütün futbolçuların çıxışına diqqət etdiyini bildirib: “Bütün matçlara baxıram. Hər oyun mənə mesaj verir. Köməkçilərimlə birlikdə hər şeyi kontrol edirik. GPS-lə bütün futbolçuları izləyirik. Bunun nəticəsində kimin hansı formada olduğunu bilirik”.

Millidə yeni adlar olub-olmayacağını 1 həftə sonra müəyyənləşəcəyini bildirən millimizin çalışdırıcısı Premyer Liqanın aşağı pillələrindəki rəqabətdən də söz açıb: “Çempionatı heç kim tərk etməyəndə rəqabət olmur. Təzyiqin olmağı çox yaxşıdır. Çünki, çempionatda fərqli atmosfer yaradır”.

De Byazi Mahir Emrelinin durumu barədə də fikirlərini açıqlayıb: “Onunla tez-tez danışıram. Oyunlarını izləyirəm. Son matçda 58 dəqiqə oynadı. Çox da yaxşı oynamadı. Amma ilk matçı idi. Ümid edirik ki, yaxşı formada olacaq. Fiziki baxımdan hazır olması bizim üçün üstünlükdür.

Mütəxəssis millimizin digər legioner üzvlərinin də çıxışını diqqətdə saxladığını qeyd edib: “Renat yaxşı formadadır. Bütün oyunlarını izləyirəm. Antonun komandası bu gün səhər oyun keçirdi, 0:0 etdilər. Təbii ki, onlar millidə olacaqlar”.

İtaliyalı məşqçi qələbə seriyasını qarşıdakı matçlarda da davam etdirmək üçün çalışacaqlarını bildirib: “Maksimumumuzu göstərməyə çalışacağıq. Uduzmaq üçün oynamırıq. Bəzən elə rəqib olur ki, bizdən güclüdür, daha motivasiyalı olurlar, topla yaxşı davranırlar. Heç vaxt proqnoz vermirəm. Reallığa baxmağa çalışıram. Məşqlərə başlayanda durumumuza baxacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30