Ölkə futbolu
“Kim nə edirsə, nə mənə, nə də Gəncə futboluna deyil, özünə edir”
“Bu gün futbolçulardan sırf nəticəni tələb edirdim. Çünki derbidə heç vaxt yaxşı oyuna üstünlük vermirsən. Ona görə də əsas olan nəticə idi”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
Təcrübəli mütəxəssis Qərb derbisindəki qələbəni belə şərh edib: “Ağır oyun oldu. Öz meydanımızda deyil, Qəbələdə oynamağımız da komandaya psixoloji cəhətdən mənfi təsir etmişdi. Buna baxmayaraq, qalib gəldik və uğurlu seriyanı davam etdirdik. Amma etiraf etməliyəm ki, rəqibin də qol epizodları var idi. Bu gün xoşbəxtlik bizim tərəfdə idi”.
Əhmədov komandasının fasilədən sonra inamsız görünməsini səbəbini belə izah edib: “Komanda artıq Gəncəyə uyğunlaşıb. Ona görə də istər-istəməz doğma meydandan ayrı düşməyimiz komandanı təzyiq altında saxlamışdı. Hiss edirdim ki, futbolçular getdikcə nəticəyə oynayır. Əsas odur qələbə qazanıb turnir cədvəlində yerimizi möhkəmləndirdik”.
“Kəpəz”in baş məşqçisi sonda yaşanan insidentə də toxunub: “Futbolda belə şeylər olur. Hətta deyərdim ki, derbidən sonra bu cür hallar futbola gözəllik qatır. Bu, məğlub olmamaq istəyindən irəli gəlir”.
Əhmədov Qərb derbisinin Qəbələdə keçirilməsinə belə münasibət bildirib: “Mənim özüm üçün də bu, xoş deyil. İstərdim ki, hər komanda öz evində oynasın. Gəncədə insanların futbola sevgisini qaytarmalıyıq. Bunun üçün çalışırıq. Amma işimizi davam etdirməliyik”.
O, Gəncə stadionunun qazonunun sıradan çıxmasından da söz açıb: “Yenə də sözümün üstündə dayanıram. Gəncədə şaxta olmur. Ona görə də qazonun üstünü örtməyə ehtiyac yox idi. Bir dəfə soruşanda mənə dedilər ki, dərman vurmuşuq, ona görə örtülüb. Bilmirəm, mənə qarşıdır, yoxsa başqa birinə. Futbol oynayanda da, məşqçilik karyeramda da çətinliklərlə üzləşmişəm. Adıma min dənə söz çıxarıblar. Deyiblər ki, Tərlanın ayağı ağırdır. Hər şeyə susdum. Kim nə edirsə, nə mənə, nə də Gəncə futboluna deyil, özünə edir”.
Mütəxəssis yeni mövsümdə “Kəpəz”də qalıb-qalmaması ilə bağlı suala konkret cavab verməyib: “Bunu mövsümün sonunda görəcəksiz. Bilirsiz ki, həmişə sözümün üstündə durmuşam. Gəldiyim gündən atdığım addımlar səhv olmayıb. Gəncədən uzun yol qət edib gələn azarkeşlərə sevinc bəxş etmək bizim üçün xoşbəxtlikdir. Mənim həmin futbolçularla problemim olmayıb. Onların mənimlə problemi olub”.
O, komandadakı gələcək taleyi ilə bağlı rəhbərliklə söhbət etdiklərini bildirib: “Aramızda söhbət olub ki, komanda Premyer Liqada qalandan sonra bizim və futbolçuların taleyinə aydınlıq gələcək. İlk gündən təzyiqlərin olacağını bilirdim. Hər şeyi təbii qarşıladım. Dünyanın hər yerində belədir. Komadanın sponsoru yoxdursa, futbolçuları saxlamaq çətin olacaq. Komandada qalası olsam, şərtlərim həyata keçirilməlidir. Bu il yaşadıqlarımı gələn il də yaşamaq istəmirəm. Rahat şəkildə işimi görmək istəyirəm”.
“Kəpəz”in baş məşqçisi futbolçularda özünəinamı qaytarması barədə deyib: “Futbolçulara mane olacaq hadisələr təmizlənməli, sağlam kollektiv formalaşmalı idi. İlk növbədə onu formalaşdırdım.Daha sonra onlara özünəinamı qaytarmağa çalışdım. Futbolçuların hər birinin potensialı var. Onların bacarıqlarını inkişaf etdirməyə çalışdıq. Altı turdan sonra komandanın xalı olmayanda bura gəldim. Həmin ərəfədə "Turan Tovuz"un 11 xalı var idi. İndi aramızda bir xallıq fərq qalıb. İlk növbədə mehribanlıq yaratdıq. Hər məşqdən öncə söhbətlərimiz olurdu. Bu komandanın tarixi, keçmişini futbolçulara aşıladıq. Bura gəlmişiksə, bir yumruq olmalıyıq”.
Tərlan Əhmədov tovuzlu azarkeşlərin istefaya səsləndirdiyi Ayxan Abbasova səbirli olmağı məsləhət görüb: “Səbrli olsun, işini davam etdirsin, çox şeyə reaksiya verməsin. Ayxan Abbasovla bağlı hadisə məni də məyus etdi. Hər komandanın uğursuzluğu olur. "Milan" neçə illərdir əvvəlki vəziyyətinə qayıda bilmir. "Turan Tovuz" da bizim kimi yeni komandadır. Bu proseslər baş verəcək. Məşqçi karyerasında belə hallar qaçılmazdır. Sübut etdim ki, mən bura işləməyə gəlmişəm. Ayxan müəllimə də səbrli olmağı tövsiyə edirəm”.
Şahin Diniyev kimi, Tərlan Əhmədov da hansısa komandanın Premyer Liqanı tərk etməsini istəmir: “İstəmərəm ki, bu il hansısa komanda birinci diviziona düşsün. Hətta mən istəyərdim ki, "Xəzər Lənkəran", "Zaqatala", "Şəmkir" qayıtsın Premyer Liqaya. Klub sayının artırılmasını istəyərdim. Hər halda, nə olacağını zaman göstərəcək. "Neftçala" çempion oldu, Premyer Liqaya gələ bilmədi. "Kəpəz"in özü Premyer Liqaya gəldiyi il divizionda 7-ci pilləni tutmuşdu. Hansı qərar olacaq, ona da hörmətlə yanaşacağıq. Biz hələ qalmağı təmin etməmişik. Mən istəyərəm ki, klub sayı artırılsın. Çünki regionlarda futbol olmalıdır. Mingəçevir, Lənkəran, Zaqatala Premyer Liqaya qayıtsın, daha sonra divizion və əvəzedicilərin yarışı ayrılsın, 21 yaşlıların da liqası olsun. Əsas heyətə düşməyənlər orada oynasın. Birinci divizionda da klubların səviyyəsi artırıldıqdan sonra, Premyer Liqadan düşən komandalar ola bilər. İndiki vəziyyətdə güzəşt olunması daha yaxşıdır”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi